“Köhlən atlar”ın potensial rəqibləri

Çempionlar liqasında ölkəmizi təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki 15 potensial rəqibi dəqiqləşib. Allsport.az xəbər verir ki, 21 min xalı olan Ağdam təmsilçisi səpələnmişlər səbətində olacaq. “Köhlən atlar”ın 1-ci təsnifat mərhələsindəki rəqibi aşağı reytinq xalına malik komanda olacaq.

1-ci təsnifat mərhələsində mübarizə aparacaq 34 komandada 32-i artıq bəllidi. Onlar 2 səbətə bölünəcək və hər siyahıda 17 komanda yer alacaq. Bir komanda ilkin mərhələdən bu siyahıya qoşulacaq. Orda iştirak edəcək iki klubun da adı artıq məlumdu – “Linfild” (Şimali İrlandiya) və “Tre Fiori” (San-Marino).

Onlara Kosovo və Andorra çempionu qoşulacaq. Bu klubları da “Qarabağ” üçün potensial rəqib hesab etmək lazımdır. Çünki ilkin mərhələnin qalibi olacaq komandanın I təsnifatda “səpələnməyəcəyi” artıq bəllidir. Ümumiyyətlə, hazırda Ağdam klubunun yalnız 1 mümkün rəqibi dəyiqləşməyib ki, bu da ilkin mərhələdən kimin gələcəyidir.

1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), Legiya (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omonia” (Kipr), “Sarayevo” (Bosniya və Herseqovina) və “Dinamo” (Tblisi, Gürcüstan) klubları da yer alacaq. Eyni zamanda onlara Rumıniya çempionu qoşulacaq.

Son olaraq bu siyahıya Sloveniya çempionu “Çelye”nin qoşulması ilə Ağdam klubunun potensial rəqiblərinin sayı 15-ə çatıb. Səpələnməmişlər səbətinin mövcud tərkibi:

“Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Çelye” (Sloveniya), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta).

“Səpələnməyənlər”dən olan Ermənistan çempionu “Ararat” qaydalara əsasən, “Qarabağ”a rəqib ola bilməz.

Həmin kateqoriyadan