- Baxış sayı: 14
- 07 Avqust 2026 11:58
- Baxış sayı: 190
- Avqust 05, 2026
- 0

“Qarabağ”ın Portuqaliyanın “Saviş” klubundan transfer etdiyi Kevin Medina Azərbaycana gəlib. Allsport.az xəbər verir ki, kolumbiyalı futbolçu “Instagram” hesabında Bakıdan foto paylaşıb.
27 yaşlı futbolçu keçən ilin yayından “Saviş”də çıxış edirdi. O, daha əvvəl “Akademiko Vizeu”, “Pinhalnovenze”, “Sintrenze”, “Moura” və “Naval”ın da formasını geyinib. Mərkəz müdafiəçisi ötən mövsüm 16 matçda meydana çıxıb.