- Baxış sayı: 73
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 238
- Sentyabr 17, 2026
- 0

Türkiyənin Antalya şəhərində mövsümün 2-ci yarısına hazırlığı davam etdirən “Qarabağ” 1-günlük istirahətin ardından məşqləri bərpa edib. Allsport.az saytı xəbər verir ki, komandamız ötən günü 2 məşqlə tamamlayıb.
Günün ilk məşqi 12:00-da başlayıb. Futbolçular isinmə hərəkətlərinin ardından “kvadrat” oynayıb və fiziki çalışamalara üstünlük verib.
Günün 2-ci məşqi yerli vaxtla 18:30-da başlayıb və təxminən 90 dəqiqə davam. Güclü yağış altında davam edən məşqdə futbolçular toplu hərəkətləri yerinə yetirib və məşqə ikitərəfli oyunla yekun vurub.