“Köhlən atlılar” bayraqdarı zirvədən salıb

Premyer liqanın 5-ci turunda əlamətdar hadisə qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, ölkə çempionatları tarixinin ümumi cədvəlində lider dəyişib. 1992-ci ildən yarış cədvəlində uzun illər öncüllük edən “Neftçi” ilk pilləni əldən verib. Zirvəyə son 6 mövsümün dəyişməz çempionu “Qarabağ” yüksəlib.

5-ci turda “Zirə”ni 3:1 hesabı ilə yenən Ağdam klubu qələbəyə görə üç xal prinsipi ilə hesablanan cədvəldəki xalını 1496-ya çatdırıb. Eyni sayda – 782 matç keçirən “Neftçi” isə bir xal geri qalır.

Qeyd edək ki, “Qarabağ” 782 oyunda 439 qələbəyə yiyələnib, 179 heç-heçə edib və 164 dəfə uduzub. “Neftçi” isə 441 qələbə qazanıb, 172 heç-heçə edib və 169 dəfə məğlub olub.

Həmin kateqoriyadan