“Köhlən atlılar” Türkiyədə 4 yoxlama oyunu keçirəcək

“Qarabağ”ıın qış təlim-məşq planı bilinib. Allsport.az saytı xəbər verir ki, komandamız yanvarın 7-də bazada bir araya gələrək mövsümün 2-ci yarısının hazırlığına başlayacaq.

Futbolçular yanvarın 12-si Antalyaya yollanaraq 2-ci mərhələsini orada davam etdirəcək. Türkiyədə 14 gün müddətində davam edəcək toplanışda 4 yoxlama oyunu olacaq.

“Köhlən atlılar” yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın “Jetisu”, yanvarın 25-i Çex Respublikasının “Siqma” və Polşanın “Visla Plok” klublarıyla qarşılaşacaq.

Yanvarın 26-sı isə komandamız Bakıya dönərək fevralın 2-si baş tutacaq “Səbail”lə matçın hazırlıqlarını burada davam etdirəcək.

Həmin kateqoriyadan