“Köhlən atlılar” xal ehtiyatını artırıb

Avrokuboklarda qrup mərhələsinin 2-ci turundan sonra UEFA yeni reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın qitə liqasında “Düdelanj”ı Lüksemburqda 4:1 yenərək ölkəmizin hesabına 0,500 xal qazandırıb.

Bu da Azərbaycanın cari mövsümdə əmsalını 2,875-ə yüksəldib. Son 5 ilin nəticələrinə görə hesablanan sıralama 18,250 xal olub. Hazırda Avropada 26-cı yerdə qərarlaşan Odlar yurdu ondan 1 pillə yuxarıda Qazaxıstanla fərqi 0,500 xala endirib.

Həmin kateqoriyadan