“Köhlət atlar”ın köynəyi fransalı hücumçuya baha başa gəldi

“Neftçi” “Qarabağ”ın formasında videosu yayılan hücumçusu Baqali Dabo barədə açıqlama yayıb. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi fransalı futbolçu ilə bağlı müvafiq tədbirlərin görüləcəyini bəyan edib:

“Neftçi” PFK-nın rəhbərliyi futbolçu Baqali Dabonun davranışından xəbərdardır və onun qəbuledilməz davranışına görə müvafiq tədbirlər görəcək. Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək”.

Dabonun həyat yoldaşı Tuğba “Instagram”da futbolçunun “Qarabağ”ın formasında olduğu video paylaşıb.

Həmin kateqoriyadan