Kolumbiyalı müdafiəçi: “Qarabağ” barədə nə eşitmişdimsə, hamısı müsbət idi”

“Qarabağ”ın Portuqaliyanın “Şaviş” klubundan transfer etdiyi Kevin Medina açıqlama verib. Allsport.az klubun saytına istinadla xəbər verir ki, 27 yaşlı kolumbiyalı müdafiəçi transferi barədə danışıb:

“Yeni klubuma gəldiyim üçün çox xoşbəxtəm. Təbii ki, “Qarabağ” barədə nə eşitmişdimsə, hamısı müsbət idi. Buna görə də, səbrsizliklə yeni komandama qoşulmağı gözləyirdim. Nəhayət, buradayam, sevincliyəm.  Ümumi götürsək, çox xoşbəxtəm və klub barədə ancaq müsbət şeylər eşitmişdim.

Əlimdən gələni edəcəm ki, öz oyunumla azarkeşlərin sevimli futbolçularından biri olum. Bilirəm ki, “Qarabağ” ardıcıl 7 dəfə çempion olub və hansı komandaya gəldiyimin fərqindəyəm. Çalışacağam ki, komandanın uğurlarına kömək edim”.

Həmin kateqoriyadan