“Komanda bu gün tapşırıqları yaxşı yerinə yetirdi“

Premyer liqanın 25-ci turunda “Sabah” evdə “Araz-Naxçıvan”ı 2:0 məğlub edib. Allsport.az xəbər verir ki, bakılıların məşqçisi Ruslan Qafitullinin oyun haqda danışıb:

“Həftə ərzində rəqibin üstün və zəif cəhətləri ilə bağlı oyunçulara məlumat vermişdik. Komanda bu gün tapşırıqları yaxşı yerinə yetirdi. İlk hissədə epizodlarımız olsa da istifadə edə bilmədik. Üstünlük bizim tərəfimizdə idi.

İkinci hissədə isə oyun bərabər səviyyədə keçdi. Fasilədən sonra əldə etdiyimiz qol fürsətlərini dəyərləndirib 3 xalı qazandıq. Futbolçuları qələbə münasibətilə təbrik edirəm”.

Həmin kateqoriyadan