“Komanda daha çox şey göstərə bilərdi”

“Barselona”nın baş məşqçisi Xavi la liqa matçında “Atletik”lə heç-heçəni (0:0) şərh edib.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının oyununu bəyənmədiyini bildirib:

“Məncə, yaxşı oyun göstərmədik. Yaxşı hücum etmədik. İrəli bir addım atmalı idik, amma özümüzü ən yaxşı tərəfdən göstərə bilmədiyimiz üçün məyus olduq. Bu matçda bizdən daha çox şey tələb olunurdu. Bu əldən verilmiş fürsətdir. Komanda daha çox şey göstərə bilərdi.

Biz uğursuz olduq. Özümüzə tənqidi yanaşmalı və əlimizdən gələni etmədiyimizi dərk etməliyik”.

Həmin kateqoriyadan