“Komandam bu gün 97 dəqiqəni yüksək səviyyədə keçirməyi bacardı”

“Səbail” premyer liqanın 29-cu turunda evdə “Sabah”ı 2:1 üstələyib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Şahin Diniyevin qələbə şərhi belə olub:

“Çox gərgin oyun oldu. Qarşılaşma 90 dəqiqə yüksək tempdə və qarşılıqlı hücumlar şəraitində keçdi. “Sabah” baxımlı oyun sərgiləyən komandalardan biridir. Belə bir rəqibə qarşı oynamaq çox çətindir. Komandam bu gün 97 dəqiqəni yüksək səviyyədə keçirməyi bacardı.

Sevinirəm ki, bu gün biz “Sabah” kimi bir rəqibi məğlub etdik. Arxayın olmamalıyıq. Komandam bu gün sonadək özünə inandı. Bunun nəticəsi olaraq, sonuncu dəqiqədə vurduğumuz qolla qalib gəldik. Bu 3 xal bizim üçün çox vacib idi”.

Həmin kateqoriyadan