“Komandam ilk gündən iddiasından çəkilmədi”

Bu gün “Qəbələ” premyer liqanın 36-cı turunda evdə “Kəpəz”lə 1:1 etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşiyev bunu söylədi:

“Komandam ilk gündən iddiasından çəkilmədi. Hər oyunda sonadək mübarizə apardı. Yekunda avrokuboka vəsiqə qazandığımız üçün sevincliyəm.

Hər bir xal çox önəmliydi. Qış fasiləsindən sonra çox geridönüş etdik. Çempionat bitsə də, kubokda final oyunumuz var. Mövsümü xoş ovqatda başa vurmaq niyyətindəyik”.

Kamran HACI, Qəbələ

Həmin kateqoriyadan