- Baxış sayı: 6
- 22 İyun 2026 14:00
- Baxış sayı: 66
- İyun 22, 2026
- 0

“Qəbələ” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurub.
Allsport.az xəbər verir ki, iyulun 10-da qardaş ölkəyə yollanan “qırmızı-qaralar” bu gün vətənə qayıdıb.
Komandamız Boluda 3 yoxlama oyunu keçirib. “Qəbələ” Moldovanın “Sukleya” (4:2), Rusiyanın “Orenburq” (1:1) və Şimali Makedoniyanın “Qostivar” (3:1) klubları ilə üz-üzə gəlib.
Qəbələ klubu hazırlıq prosesini iyulun 22-də bərpa edəcək.
UEFA konfrans liqasında mübarizə aparacaq “Qəbələ” ayın 27-də Kiprin “Omoniya” klubu ilə görüşəcək. 2-ci təsnifat mərhələsinin ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.