“Komandamız daha yaxşı yerlərə getməyə hazırlaşır”

Ölkə çempionatının 17-ci turunda “Kəpəz” Tovuzda “Sumqayıt”la 1-1 hesablı sülhə razılaşıb. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Adil Şükürov matç haqda öz fikirlərini bölüşüb:

“Çox şükür ki, futbolçular azarkeşlərin gözləntilərini doğrultmağa çalışırlar. Uşaqlar bütün bacarıqlarını ortaya qoyurlar ki, fanatları sevindirsinlər. Nə dərəcədə alınır onu zaman göstərəcək.

Matça gəlincə, çətin bir komandaya qarşı oynadıq. Rəqib sürətli əks-hücumlarla irəli çıxmağı bacarır. Tək meydanın özlərinə aid yox, digər hissəsində də top saxlaya bilirlər. Öz vəziyyətlərini gözləyirlər. Düşünürəm ki, oyunda komandamız düzgün müdafiə olunub, sürətli hücumlarla epizodlar yaxaladı. Komandamız daha yaxşı yerlərə getməyə hazırlaşır”.

Həmin kateqoriyadan