Kosta həbs olunacaq

Allsport.az xəbər verir ki, Braziliya məhkəməsi “Los Ancelesin Qelaksi” klubunun yarımmüdafiəçisi Duqlas Kostanın keçmiş həyat yoldaşına aliment ödəməməsi barədə həbs qərarı çıxarıb.

Kosta Braziliyaya qayıtdıqdan dərhal sonra polis tərəfindən saxlanılacaq. Futbolçunun vəkili bu məhkəmə qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Bu mövsüm “Los Anceles Qelaksi” üçün 4 oyun keçirib və heç bir qol vurmayıb.

Həmin kateqoriyadan