Kozıkın Bakıya 4-cü səfəri

Ukraynalı FIFA referisi Yaroslav Kozık çempionlar liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Sileks” matçının baş hakimi olacaq. Allsport.az xəbər verir ki, ukraynalı referi daha öncə də Azərbaycan klublarının oyunlarına təyinat alıb. 

O, 2015/16 mövsümündə Avropa liqasının II təsnifat mərhələsində “İnter” – “Hafnarfyordur” (İslandiya) matçının baş hakimi olmuşdu. 2:2 hesabı ilə başa çatan görüşdə “İnter” növbəti mərhələyə vəsiqə qazanmışdı.

Kozık Bakıya növbəti səfəri 2016/17 mövsümündə olub. Ukraynalı ədalət təmsilçisi Avropa liqasının I təsnifat mərhələsində “Neftçi”nin “Bakcell Arena”da Maltanın “Baltsan” klubuna 1:2 hesabı ilə uduzduğu görüşü idarə edib. Lakin “ağ-qaralar” ilk oyundakı 2:0 hesablı qələbə sayəsində mərhələ adlamışdı.

FIFA referisi 2019/20 mövsümündə “Qarabağ”ın Avropa liqasının qrup mərhələsinin ilk turunda “Sevilya” ilə oyununa təyinat alıb. O, Ağdam klubunun Tofiq Bəhramov adına respublika stadionunda 0:3 hesabı ilə uduzduğu matçda dördüncü hakim olub.

Kozık 28 beynəlxalq oyun idarə edib. 39 yaşlı referi ilk dəfə çempionlar liqasının qarşılaşmasına təyinat alıb.

Həmin kateqoriyadan