- Baxış sayı: 44
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Barselona”nın müdafiəçisi Pau Kubarsi 2025-ci ilin yekunlarına əsasən Kataloniyanın ən yaxşı gənc futbolçusu mükafatına layiq görülüb.
Allsport.az xəbər verir ki, Barselonada keçirilən mükafatlandırma mərasimində çıxış edən gənc oyunçu qazandığı uğurdan məmnunluğunu ifadə edib: “Qələbələr qazanmağa və arzularımı reallaşdırmağa davam etmək istəyirəm. Ümid edirəm ki, 2026-cı il də uğurlu olacaq. Əgər bütün gücünü ortaya qoyursansa, bu, mütləq mükafatlandırılır”.
Tədbirdə Lamin Yamal ilin ən yaxşı kişi futbolçusu, Aytana Bonmati isə ən yaxşı qadın futbolçusu seçilib.