- Baxış sayı: 32
- 03 Noyabr 2026 17:24
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Real”ın qapıçısı Tibo Kurtua yeni zədə səbəbindən əməliyyat olunacaq və bu mövsümün qalan hissəsini buraxmaq məcburiyyətində qalacaq.
Allsport.az xəbər verir ki, 31 yaşlı belçikalının dünənki məşq zamanı zədələndiyi və meydanı göz yaşları içində tərk etdiyi bildirilir.
Madrid klubu Kurtuaya sağ dizində medial menisküsün yırtılması diaqnozunun qoyulduğunu açıqlayıb.