“Lənkərandakı uzun müddətli qələbəsizlik seriyasına son qoymağa çalışacağıq”

“Neftçi”nin yarımmüdafiəçisi Kaue Topaz Premyer Liqasının 13-cü turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini klubun rəsmi saytı ilə bölüşüb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Heyətlə bağlı problemlərimiz var. Araz Abdullayev və Anyete zədəli, Ruslan Qurbanov isə cəzalıdır. Lakin inanıram ki, onların əvəzinə meydana çıxan futbolçular ümidləri doğruldacaqlar. Çalışacağıq ki, Lənkərandakı uzun müddətli qələbəsizlik seriyasına son qoyaq”.

Xatırladaq ki, noyabrın 22-də “Xəzər Lənkəran” mərkəzi stadionunda keçiriləcək oyun saat 18:00-da başlanacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan