La liqanın növbəti mövsümün təqvimi açıqlanıb.

Allsport.az xəbər verir ki, çempionatın 2023/24 mövsümünün ilk turu 12-13 avqusdda baş tutacaq.

“Barselona” və “Real Madrid” arasında “El Klassiko” 11-ci və 32-ci turlarda, müvafiq olaraq, 28-29 oktyabr 2023-cü il və 20-21 aprel 2024-cü il tarixlərində keçiriləcək.

“Real” və “Atletiko” arasında keçiriləcək Madrid derbisi 6-cı və 23-cü turlarda, uyğun olaraq sentyabrın 24-də və fevralın 4-də keçiriləcək.

La liqanın ilk turunun oyunları:

“Almeriya” – “Rayo Valyekano”

“Atletik” – “Real”

“Atletiko” – “Qranada”

“Selta” – “Osasuna”

“Sevilya” – “Valensiya”

“Las Palmas” – “Malyorka”

“Xetafe” – “Barselona”

“Vilyarreal” – “Betis”

“Real Sosyedad” – “Jirona”

“Kadis” – “Alaves”

Həmin kateqoriyadan