“”Liverpul” Klopa çox şey borcludur”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola premyer liqa matçında “Liverpul”la 1:1 hesablı heç-heçəni şərh edib. Allsport.az xəbər verir ki, o, həmkarı Yurgen Klop haqda da danışıb:

“Liverpul” Kloppa çox şey borcludur. O, inanılmaz nailiyyət əldə etdiyini bir daha təsdiqlədi. Buraya gəlib qalib gəlməyin nə qədər çətin olduğunu bilirəm.

Futbolçular hər şeylərini verdilər. Bir xalı qəbul edirəm. Qələbə qazanmaq istərdik, amma məğlub ola bilərdik. Olan budur”.

Həmin kateqoriyadan