Lüksemburqda bir qrup erməni qəfildən gənclərimizə hücum çəkib. Yerli polis olaya müdaxilə etməyib

Avropa liqasının “A” qrupunun 2-ci turunda “Qarabağ”ın səfərdə “Düdelanj”a qarşı oyunda baş verən erməni təxribatı sonra da davam edib. Allsport.az saytı xəbər verir ki, bu barədə “İdman” qəzetinin keçmiş baş redaktoru, hazırda İngiltərədə yaşayan həmyerlimiz Toğrul Bağırov yazıb.

Görüşdən sonra əllərində soyuq silah olan bir qrup erməni bizim gənclərə gözlənilmədən hücum edib, bir neçəsinə zədə yetirib. Yerli polis hadisəni gəlib görsə də, müdaxilə etməyib, cinayətkarları cəzalandırmayıb. 

Xatırladaq ki, görüşün 31-ci dəqiqəsində, 2-ci qolumuzdan sonra meydanın üzərində separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağı dronla havalandırılıb. Xoşagəlməz olayda baş hakim matçı yarımçıq dayandırıb. Təxminən 20 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə sona yetib.

Həmin kateqoriyadan