“Məğlubiyyət üzücü olsa da, hesaba o qədər önəm verməmək lazımdır”

“Keşlə” Antalya toplanışı çərçivəsində Rusiyanın “Arsenal” klubuna 1:2 uduzub. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Tərlan Əhmədov yoxlama matçından sonra bunu deyib:

“Komandamın bu gün göstərdiyi oyun məni sevindirdi. Məğlubiyyət üzücü olsa da, hesaba o qədər önəm verməmək lazımdır. Ötən qarşılaşmadan fərqli olaraq bu gün daha hərəkətli idik. Uduzmağımıza baxmayaraq, futbolçulardan tələb etdiyim oyunu meydanda gördüm.

İndiki mərhələdə əsas məqsədimiz komandamızın oyununu təkmilləşdirməkdir. Mövsümün ikinci yarısının ilk matçına qədər buraxdığımız səhvlər üzərində çalışmalıyıq və onları aradan qaldırmalıyıq”.

Həmin kateqoriyadan