Məhəmməd Mirzəbəyov: “Fikrimcə, tapşırıqları yerinə yetirə bildik”

“Neftçi”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov “Səbail” ilə oyundan (4:0) sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, komandasının layiqli qələbə qazandığını bildirib:

“Çox maraqlı oyun oldu. Yaxşı ki, çox qol vurduq. Qolların effektli olmasını da vurğulamaq istəyirəm. Baş məşqçimiz oyundan əvvəl tapşırmışdı ki, topla daha çox davranaq, düşən fürsətlərdən maksimum istifadə edək.

Fikrimcə, tapşırıqları yerinə yetirə bildik və layiqli qələbə qazandıq. Bütün kollektivi, xüsusilə azarkeşləri təbrik edirəm”.

Həmin kateqoriyadan