Məhərrəm Bayrami: “Bütün diqqətimiz “Neftçi”yə yönəlib”

“Neftçi”nin Avropa liqasının I təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın “Şkupi” klubunun baş məşqçisi Məhərrəm Bayrami açıqlama verib. Allsport.az xəbər verir ki, 35 yaşlı mütəxəssis ölkə çempionatının III turunda “Belasitsa”ya 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Avropa Liqası barədə də danışıb:

“Çoxlu qol fürsətlərimiz oldu. Qalib gəlmək heç vaxt asan olmur. İlk hissədə 100 faizli qol epizodlarımız oldu, ancaq biz 90-cı dəqiqəyə əlavə edilmiş dəqiqələrdə 2 qol vurub, qələbə qazandıq. Buna baxmayaraq, qələbəyə görə məmnunam. Artıq bütün diqqətimiz “Neftçi”yə yönəlib. Bakıda baş tutacaq qarşılaşmaya köklənəcəyik və bu gündən həmin matça hazırlaşacağıq.

“Neftçi” – “Şkupi”  matçı avqustun 27-də “Bakcell Arena”da saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan