“Mənə etimad göstərənlərə təşəkkür edirəm“

“Kəpəz” premyer liqanın 14-cü turunda səfərdə “Səbail”lə 0:0 hesabı ilə bərabərə qalıb. Allsport.az saytı xəbər verir ki, matçda sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov oyunu şərh edib:

“İlk növbədə mənə etimad göstərənlərə təşəkkür edirəm. Gəncə azarkeşlərinə bizi tək qoymadıqları üçün minnətdarıq. Davamlı olaraq fanatlar oyunboyu futbolçuları mübarizəyə, qələbəyə səslədilər. Oyunçular da bütün güclərini ortaya qoydular ki, onları sevindirsinlər. Komandaya yeni gəlmişik. Uşaqlara oyun üslubumuzu tətbiq etmək üçün vaxt lazımdır.

Çalışdıq milli komandaların oyunları səbəbindən yaranan qısa müddətdə müəyyən bir şeylərə nail olaq. Qisməndə istədiklərimizə nail ola bildik. İnşallah, bundan sonrakı oyunlara baxacağıq. Sıx qrafik ilə qarşıdan daha çətin oyunlar gəlir. Futbolçularımız ilə bu barədə danışmışıq. Komanda növbəti oyunlarda daha yaxşı performans göstərərək uğurlu nəticələr qazana bilər”.

Həmin kateqoriyadan