“Mən oynamamağa öyrəşməmişəm”

“Əl-Hilal” və Seneqal millisinin müdafiəçisi Kalidou Koulibali 2023-cü ilin yayında “Çelsi”dən Səudiyyə klubuna keçəcəyi haqda danışıb.

Allsport.az xəbər verir ki, o, “Çelsi“dəki dönəmini bəyənmədiyini bildirib:

“Əl-Hilal”a qoşulmaqla meydanda və meydandan kənarda özümü yenidən xoşbəxt hiss etdim. “Çelsi”də hər şey gözlədiyim kimi olmadı. Mən oynamamağa öyrəşməmişəm.”Əl-Hilal”dan təklif gələndə başa düşdüm ki, oraya getmək düzgün qərar ola bilər.

Mən şadam. Bura yeni oyunçular gəlir, çempionat da böyüyür. İnsanlar Səudiyyə liqasının səviyyəsini aşağı qiymətləndirirlər. Çoxları bizim bura dincəlməyə gəldiyimizi düşünürdü, amma bu heç də belə deyil”.

Həmin kateqoriyadan