“Məncə bu gün ustalıq qalib gəldi“

Azərbaycan premyer liqasının 16-cı turunda “Turan Tovuz” səfərdə “Neftçi”yə 2:3 hesabı ilə məğlub olub.

Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında oyunla bağlı öz fikirlərini bölüşüb:

“Çətin və maraqlı oyun oldu. İki dəfə hesabda geri düşsək də bərabərlik yarada bildik. Hər qoldan sonra biz hesabda önə keçə bilərdik. Yüz faizlik imkanlarımız oldu. Rəqibin qapıçısı yaxşı oynadı. Məncə bu gün ustalıq qalib gəldi.

Ümumən oyun planımız ümid verir. Son oyunları götürsək, “Qəbələ” ilə oyunu çıxmaq şərti ilə bütün oyunlarda rəqibdən üstün olmasaq da başa-baş mübarizə aparmışıq. Davam etmək lazımdır. Mövsümün əvvəlində bilirdik ki, çətin olacaq. Oyndan-oyuna yaxşılığa doğru gedirik, bir nəticə qazana bilmirik. İndi elə məqamdır ki, təslim olmaq olmaz. Ruhdan düşsək həqiqətən bizə çətin olar. Futbolçuların arxasındayıq. Bərabər bu vəziyətdən çıxacağıq, xallar qazanmaq lazımdır. Qarşıda çətin oyunlar var. Sona qədər bizi dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildiririəm”.

Həmin kateqoriyadan