“Məni ehtiyata yolladığınız üçün təşəkkürlər”

Xulen Lopeteqi 2014-cü ildə “Portu”ya gəlib. İspan məşqçi komandanı özü üçün yenidən yığdı və klubun yetirməsi Serxiyo Olivyeranı uzun müddətli ehtiyata göndərdi. 2015/16 mövsümündə Olivyera cəmi 3 matçda iştirak etdi. O, açıq şəkildə xoşbəxt deyildi.

Allsport.az xəbər verir ki, “Portu”da ehtiyat oyunçular skamyasında oturan Serxio vaxt itirməyib. O deyib ki, elə “Portu”da ehtiyatda qalanda həyat yoldaşı ilə tanış olub: “Gələcək həyat yoldaşımla “Draqau” stadionunda tanış oldum. Məni həmişə ehtiyat oyunçular skamyasında qoyan Lopeteqiyə təşəkkür edirəm. Bu mənim başıma gələn ən yaxşı şeydir” deyib.

Qeyd edək ki , indi Olivyera indi “Qalatasaray”da oynayır. Serxio həyat yoldaşı Kristiana ilə birlikdə zəlzələdən zərər çəkənlərə kömək edir.

Həmin kateqoriyadan