- Baxış sayı: 53
- 21 Oktyabr 2026 23:54
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

“Fənərbağça”nın futbolçusu Marko Asensio uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Allsport.az xəbər verir ki, ispaniyalı hücumameyilli yarımmüdafiəçi sol diz oynağındakı qığırdaq zədələnməsi ilə əlaqədar ölkəsində uğurlu artroskopik əməliyyat keçirib.
Onun müalicə və reabilitasiya prosesinin təxminən 3 ay davam edəcəyi gözlənilir.
Superliqa nəhənginin müdafiəçisi Natan Ake də sıradan çıxıb. Niderlandlı mərkəz müdafiəçisi UEFA çempionlar liqası liqa mərhələsinin III turunun “Slaviya” ilə matçında (2:2) zədələnib. Müayinələr nəticəsində onun sağ ayağının arxa əzələ qrupunda orta dərəcəli gərilmə aşkar edilib. 31 yaşlı futbolçu təxminən 3 həftə komandaya kömək edə bilməyəcək.