- Baxış sayı: 43
- 20 Oktyabr 2026 23:55
- Baxış sayı: 399
- Oktyabr 20, 2026
- 0

Türkiyə futbol federasiyası (TFF) mərkəzi hakimlər komitəsinə (MHK) yeni rəhbər təyin edib.
Allsport.az xəbər verir ki, qurumun idarə heyətinin qərarı ilə MHK sədri vəzifəsinə ingiltərəli keçmiş referi Entoni Teylor gətirilib.
Teylor bu postda istefa verən Fərhad Gündoğdunu əvəzləyib. Təyinata qədər Türkiyədə elit hakimlər üzrə direktor kimi fəaliyyət göstərən ingilis mütəxəssislə yanaşı, komitənin yeni heyəti də müəyyənləşib. Alan Snoddi, İqor Radoyiçiç və Barış Şimşək MHK-nın yeni üzvləri seçiliblər.
Entoni Teylor uzun illər İngiltərə premyer liqasında, həmçinin FİFA və UEFA bayrağı altında keçirilən mötəbər beynəlxalq turnirlərdə əsas referi kimi idarəçilik edib.