“Məni üzən buraxdığımız qoldur”

Premyer liqanın 17-ci turunda “Sumqayıt” səfərdə “Kəpəz”lə 1-1 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov oyun haqda danışıb:

“Bilirdik ki, burda bizim üçün çətin olacaq. Futbolçular süni örtükdə əziyyət çəkdilər. Həm biz, həm də rəqib təzyiq edirdi. Oyun üslubumuza sadiq qalaraq mövqe hücumlarına çıxırdıq. Məni üzən buraxdığımız qoldur. Həmin ərəfədə rəqibin təzyiqi var idi. Təəssüf ki, qarşısını ala bilmədik.

Futbolçularla danışılası çox şey var. Kubokdan əlavə bir oyunumuz qalıb. Zədəli oyunçularımız yavaş-yavaş qayıdır. Bu, sevindirici haldır. Hamısı tam şəkildə sıralarımıza dönsə, daha da yaxşı olacağıq. Uzun yol gəlib bizi dəstəksiz qoymayan azarkeşlərimizə də təşəkkür edirəm”.

Həmin kateqoriyadan