- Baxış sayı: 47
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Neftçi” PFK-nın futbolçusu Məqsəd İsayev “Əl-Faysali” (Səudiyyə Ərəbistanı) klubu ilə yoxlama oyunundan (2:1) sonra fikirlərini bildirib. Allsport.az xəbər verir ki, gənc müdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Çox maraqlı oyun keçdi. Şadam ki, qələbə qazandıq. Uşaqlar da əllərindən gələni etdilər. Qarşıda “Antalyaspor”la oyun var. O görüşdə də qələbə qazanmaq istəyirik. “Kəpəz”lə oyuna tam hazır olacağıq. Mən uzun müddətdən sonra ilk dəfədir ki, meydana çıxdım. Pis alınmadı, inşallah, davamı olacaq”.