“Məqsədimiz bu olacaq”

“Selta”nın baş məşqçisi Rafael Benites gələcək hədəflərindən danışıb.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis hazırki klubunu inkişaf etdirmək istədiyini bildirib:

“Əvvəla, burada yaxşı iş görüm ki, “Selta” inkişaf etsin və sabitlik qazansın və hər il əziyyət çəkməsin. Mütəşəkkil və strukturlaşdırılmış iş sayəsində biz cədvəldə rahat mövqe əldə edə bilirik və sonra Avropa yarışlarında oynamaq hüququ verən yerlərə yaxınlaşmağa başlayırıq. Məqsədimiz bu olacaq.

Gələcəkdə, ola bilsin, milli komandanı çalışdırım, dünya və ya Avropa çempionatına çıxmaq şansı qazanmaq istəyirəm”.

Həmin kateqoriyadan