- Baxış sayı: 36
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Boliviyanın yüksək divizion klubu “Real Santa Cruz”un vingeri Gilyermo Denis Beltran huşunu itirərək dünyasını dəyişib.
Allsport.az xəbər verir ki, faciə cümə günü məşq zamanı baş verib.
Komanda yoldaşlarının dediyinə görə, 24 yaşlı kolumbiyalı futbolçunun ürəyi bulanaraq yerə yıxılıb. Klub həkimləri onu reanimasiya etməyə çalışıblar və təcili yardım çağırıblar, lakin idmançı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.