Məsud Özil karyerasını başa vurduğunu açıqlayıb

Məsud Özil futbolçu karyerasını bitirmək qərarına gəlib. Türkiyə əsilli almaniyalı bu barədə sosial şəbəkədə məlumat verib. Allsport.az xəbər verir ki, “Düşündükdən sonra, peşəkar futboldan ayrıldığımı elan edirəm. Mən 17 ilə yaxındır ki, bu şərəfinə nail olmuşam və bu fürsətə görə inanılmaz dərəcədə minnətdaram. Amma son həftələrdə və aylarda bir neçə zədə aldığım zaman böyük futbol arenasını tərk etməyin vaxtının yetişdiyi getdikcə daha aydın oldu.

Bu, unudulmaz anlar və emosiyalarla dolu heyrətamiz bir səyahət idi. Klublarıma təşəkkür etmək istəyirəm: “Şalke-04”, “Verder Bremen”, “Real Madrid”, “Arsenal”, “Fənərbağça”, “İstanbul Başağşəhər”. Eləcə də mənə dəstək olan məşqçilər və dostlaşan komanda yoldaşlarım.

Ailə üzvlərimə və ən yaxın dostlarıma xüsusi təşəkkürümü bildirirəm. Onlar ilk gündən səyahətimin bir hissəsi olublar və həm yaxşı, həm də pis vaxtımda mənə çox sevgi və dəstək veriblər. Şəraitdən və hansı klubu təmsil etməyimdən asılı olmayaraq, mənə bu qədər sevgi göstərən bütün azarkeşlərimə təşəkkür edirəm.

İndi gözəl həyat yoldaşım Əminə və iki gözəl qızım ƏdaƏla ilə birlikdə məni qarşıda olan hər şeyi səbirsizliklə gözləyirəm. Məni vaxtaşırı sosial media səhifələrimdə görəcəyinizə əmin ola bilərsiniz. Tezliklə görüşərik!” Özil Tvitter hesabında yazıb.

Həmin kateqoriyadan