Mahir: “Milliyə yüksək ab-havada gəlməlisən”

Allsporta.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında komandanın üzvü Mahir Emrelinin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:

“Karyeram baxımından ağır mövsüm keçirdim. Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım. Son oyunlardakı nəticədən sonra bura daha yaxşı əhvali-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir. Sabah meydana qələbə üçün çıxacağıq”.

Həmin kateqoriyadan