- Baxış sayı: 44
- 13 Noyabr 2026 22:08
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Allsport.az xəbər verir ki, millimizin üzvü Mahir Əmrəlinin komandası “Konyaspor” Türkiyə superliqasının 28-ci turunda “Antalyaspor”u qəbul edib. Oyunda qalibin adına aydınlıq gəlməyib – 1:1.
Hesabı 24-cü dəqiqədə Konya təmsilçisindən Məhəmməd Dəmir açıb. Bərabərlik qolunu isə 45-ci dəqiqədə Hacı Rayt vurub.
Mahir 66-cı dəqiqədə ehtiyatdan meydana çıxsa da, sonadək oynayıb.
“Konyaspor” turnir cədvəlində 36 xalla 8-ci, “Antalyaspor” 29 xalla 11-cidir.