Maksim Medvedevin 300-cü oyunu

Premyer liqanın 18-ci turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olub. Allsport.az xəbər verir ki, təcrübəli müdafiəçi ölkə çempionatlarının yüksək liqasında 300-cü matçını keçirib.

Bu, “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib. Maksimin debütü 2006/07 mövsümündə gerçəkləşib. O, 14-cü mövsümü keçirdiyi premyer liqada yalnız bir klubda çıxış edib. Medvedevin hesabında 10 qol var.

Həmin kateqoriyadan