Malta ilə oyunun biletləri satışa çıxarılıb

“Ay-ulduzlular”ımızın millətlər liqasında 4-cü oyununun biletləri satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, azarkeşlər oktyabrın 14-də Bakı olimpiya stadionunda Malta yığmasına qarşı keçiriləcək matçın biletlərini əldə edə bilərlər.
3 dərəcə üzrə biletlərin qiyməti 2, 3 və 5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir. Satış nöqtələri ASAN 1 (Həsən Əliyev küç.36), ASAN 2 (Nobel prospekti 23, AMAY TM 2-ci mərtəbə), ASAN 3 (Abbas Mirzə Şərifzadə 157), 28 Mall (28 May küçəsi, 2-ci mərtəbə”), Gənclik Mall (Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə), Köşk 1 (Sahil m. M.Rəsulzadə 3), Köşk 2 (Bül-bül prospekti, Nizami küç.), Köşk 3 (Üzeyir Hacıbəyov küç.69x), Heydər Əliyev Sarayının kassasıdır (Bülbül pr.35).
Bu komandaların oyunu oktyabrın 14-ü saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan