- Baxış sayı: 44
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 151
- Sentyabr 23, 2026
- 0

İspaniyanın məşhur “Marca” idman nəşrində futbol üzrə Azərbaycanın milli komandasının və İspaniyanın “Eybar” klubun oyunçusu Eddi Silvestr İsrafilovun bu qəzetə verdiyi müsahibə dərc olunub.
Allsport.az saytı Azərtac-a istinadən xəbər verir ki, həmkarımız, gənc futbolçunun anası azərbaycanlı, atası anqolalı olsa da, onun İspaniyada futbol məktəbi keçdiyini qeyd edib.
Yarımmüdafiəçi özünə milli komanda seçərkən, Avropa qitəsində çıxış edən Azərbaycan yığmasına üstünlük verib. Futbolçu müsahibəsində əsasən çıxış etdiyi “Eybar” klubundakı vəziyyəti haqqında danışıb.