FOTO
Marko Asensionu ruhlandıran gözəl qız kimdir?

Allsport.az xəbər verir ki, “Real”ın futbolçusu Marko Asensio təkcə öz oyunu ilə yox, gözəl sevgilisi Sandra Qaral ilə də diqqət çəkir.

Gəlin görək, 27 yaşlı hücumçunu uğurlu çıxış etməyə həvəsləndirən bu qız kimdir?

Sandra 1994-cü ildə, mayın 6-da dünyaya gəlib. Yəni, o, Markodan 2 yaş böyükdür. Qaral Madriddə Memarlıq universitetində təhsil alıb. Onun fotolarına baxanda model olduğunu anlamaq elə də çətin deyil.

Marko və Sandra 2019-cu ildə tanış olublar. Asensio dəfələrlə bildirib ki, onların arasındakı münasibət qaydasındadır.

Cazibədar xanım tez-tez “Santyaqo Bernabeu” stadionuna gələrək futbolçunun oyununu izləyir. O, heç bir matçı buraxmır.

Həmin kateqoriyadan