“Marsel”dən ”Ayntraxt Frankfurt”a keçib

“Marsel”dən ”Ayntraxt Frankfurt”a keçib

“Ayntraxt Frankfurt” heyətinə yeni futbolçu qatıb.
Allsport.az xəbər verir ki, bundesliqa təmsilçisi “Marsel”dən Sepe Vahini transfer edib. 22 yaşlı hücumçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb. Fransa komandası bu keçiddən 21 milyon avro qazanıb.
Vahi cari mövsüm ərzində 14 oyunda iştirak edib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan