- Baxış sayı: 34
- 25 Yanvar 2026 14:17
- Baxış sayı: 88
- Yanvar 25, 2026
- 0

Frankfurt “Ayntraxt”ı “Marsel”in hücumçusu Sepe Vahinin transferini bitirməyə yaxındır.
Allsport.az xəbər verir ki, bundesliqa klubu 22 yaşlı futbolçu üçün 25 milyon avro təklif edir. Hazırda müqavilənin detalları müzakirə olunur. Vahi “Ayntraxt”a keçməyə razılaşıb.
Vahi cari mövsüm liqa 1-də 13 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.