- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
“Real Madrid”in və Braziliya millisinin sabiq müdafiəçisi Marselo karyerasını bitirdiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, sol cinah müdafiəçisi kimi çıxış edən Marselo karyerasını 36 yaşında bitirib.
Marselo 15 il (2007-2022-ci illər) “Real Madrid”də oynayıb, 546 matçda (38 qol, 103 məhsuldar ötürmə) meydana çıxıb. “kral klubu” ilə o, beş çempionlar liqası titulunu da daxil olmaqla 25 kubok qazanıb.
Marselonun karyerasında son klubu “Fluminense” olub.
Marselo Braziliya millisinin heyətində 58 oyun keçirib (6 qol) və 2013-cü ildə konfederasiyalar kubokunu qazanıb. O, milli komanda ilə olimpiya oyunlarında da gümüş və bürünc medallar qazanıb.