Martinez son durumu

“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martinezin zədəsinin xarakteri məlum olub.

Allsport.az xəbər verir ki, insayder Fabrizio Romanonun dediyinə görə, Martinezin ön çarpaz bağları qopmayıb və onun əməliyyata ehtiyac olmadığı məlum olub.

“Qırmızı şeytanlar” Martinezin beynəlxalq fasilədən sonra (18-26 mart) mart ayında meydana qayıda biləcəyini gözləyir.

26 yaşlı futbolçu bu mövsüm premyer liqada 8 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan