“Matçın baş hakimindən razı deyiləm”

Bu gün “Kəpəz” premyer liqanın 32-ci turunda Qəbələdə “Simqayıt”a 0:1 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov bunu dedi:

“Görüşün ağır keçəcəyini öncədən bilirdik. Qəbələdə saat 16:00-da oynamaq çətindir. Çünki hava boğucu olur. Bununla belə, hücumda olduq, qol vəziyyətləri yaratdıq.

Bu cür matçların taleyini 1 qol həll edir. Bu gün idman xoşbəxtliyi “Sumqayıt”ın tərəfində idi. Matçın baş hakimindən razı deyiləm. Tural Qurbanovun idarəçiliyi zamanı xal itiririk.

Oyunu yersiz saxlayır, əleyhimizə qərəzli qərarlar verir. Onun adətən “Sumqayıt”la matça salınmasını anlaya bilmirəm. Bizə premyer liqada qalmaq üçün 1 qələbə lazımdır”.

Xatırladaq ki, Gəncə şəhər stadionunun ot örtüyü yararsız olduğundan, “sarı-göylər” ev oyunlarını Qəbələdə keçirir.

Kamran HACI, Qəbələ

Həmin kateqoriyadan