“Matçın gedişində kritik məqam oldu”

Bu gün “Turan Tovuz” premyer liqanın 34-cü turunda səfərdə “Qəbələ”ni 2:1 üstələdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu dedi:

“Maraqlı və gərgin oyun olacağını öncədən bilirdik. “Qəbələ” avrokuboka vəsiqə qazanmaq istəyir, biz isə qələbə sıralamasını davam etdirməyi niyyətindəyik.

Matçın gedişində kritik məqam oldu. Rəqib azlıqda qalanda daha fəallaşdı. Belə anlarda “Qəbələ” oyunu çevirməyi bacarır. Bundan çox ehtiyatlandıq.

Heyəti qorumağı düşünürəm. Amma güclənmək də lazım. Çempionatda və kubokda gördüm ki, uzun yol var – itkilər müəyyən planların qarşısını alır. Bunu uğurla keçmək üçün geniş heyətə malik olmalısan”.

Kamran HACI, Qəbələ

Həmin kateqoriyadan