Rusiyaya getməyə qorxurdu. Çünki şaxta, ayı və quldurlar haqqında stereotiplərin əsiri olub

Mateo Kassierra 2021-ci ilin avqustunda Rusiya futboluna güclü şəkildə daxil olub: Kolumbiyalı Portuqaliya “Belenenses”indən Soçiyə köçüb və tanımadığı çempionatda ilk mövsümdə 23 matçda 14 qol vurub.

Allsport.az xəbər verir ki, RPL-də ikinci mövsüm o qədər də parlaq olmayıb. Kassierra “Zenit”in heyətində cəmi 2 qol vurub və çox vaxt start heyətinə düşməyib.

Marqarita ilə tanış olun – Mateo Kassierranın həyat yoldaşı!

Onlar 2014-cü ildən birlikdədir. Futbolçu o zaman cəmi 17 yaşında idi və o vaxta qədər “Deportivo Kali” gənclər komandasında oynayırdı.

Marqarita Rusiyaya getməyə qorxurdu. Birincisi, o, şaxta, ayı və quldurlar haqqında stereotiplərin əsiri olub. İkincisi, 15 avqust 2021-ci ildə cütlüyün Martin adlı bir oğlu dünyaya gəlib.

Həmin kateqoriyadan