Materatzi illər sonra Zidanın ona niyə kəllə vurduğunu açıqlayıb

2006-cı il dünya çempionatının finalı, şübhəsiz ki, həm Marko Materatzi, həm də Zinədin Zidan üçün unudulmaz idi.

Allsport.az-ın məlumatına görə, Fransa və İtaliya arasında keçən oyunun nəticəsi yəqin ki, heç kimin yadında deyil. Ancaq oyunda baş verən hadisə təbii ki, hamının yadındadır.

Hələ də hadisədən çox uzun zaman keçməsinə baxmayaraq hər kəsin ağlında olan 1 sual var: Zidan bunu niyə etdi?

Bu mövzu ilə bağlı Matezatzi İtaliya mətbuatına verdiyi müsahibəsində belə deyib: “Ona qarşı 2 dəfə qayda pozuntusu etdim, amma ikisinə görə də üzr istədim. 3-cü dəfə olan sərt müdaxiləmdən sonra Zidan çox əsəbiləşdi. Lağ edərək “sənin dərsini verəcəyəm” dedi. Mənsə ona “dərs vermə bacını ver” dedim”.

Həmin kateqoriyadan